17:16 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Amerikanın “Xerox Holdings”i 2023-cü ilin dördüncü rübündə xalis zərərlə qarşılaşıb, şirkətin gəlirindəki azalma isə bazar proqnozlarından daha pis olub.
Şirkətin press-relizində bildirilir ki, oktyabr-dekabr aylarında xalis zərər, əvvəlki ilin eyni dövründə 121 milyon dollar və ya səhm başına 0,74 dollar ilə müqayisədə, 58 milyon dollar və ya səhm başına 0,50 dollar təşkil edib.
ABC.AZ xəbər verir ki,2024-cü ildə şirkət gəlirlərin 3-5% azalacağını gözləyir.
Çap texnologiyaları sahəsində dünya liderlərindən biri olan Xerox səhmləri cümə axşamı ilkin hərraclarda 1,5% ucuzlaşır. Şirkətin kapitallaşması son üç ayda 34,3% artaraq təxminən 2,05 milyard dollar təşkil edib.
17 Avqust 2026
15 Avqust 2026