Avropada yeni vəzifələr ortaya çıxır - "Linkedin"in araşdırması

14:54 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. Avropada iş bazarı sürətlə transformasiyadan keçir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə “LinkedIn”in son araşdırmasından sonra gəlinib.

Araşdırmaya görə, məşğulluq üçün rəqabət artdıqca, heç vaxt eşidilməyən yeni vəzifələr ortaya çıxıb.

Araşdırmalara əsasən, gələn il ən sürətlə artan mövqelər davamlılıq, süni intellekt və biznesin inkişafı ilə bağlı olacaq.

Araşdırma nəticəsində məlum olub ki, məşğulluq bazarında artan rəqabətə baxmayaraq, avropalı mütəxəssislərin üçdə ikisi, yəni 67 faizi bu il iş yerini dəyişməyi düşünür.

2022-ci ildə İngiltərə və Fransada “LinkedIn”də hər iki aktiv iş axtaran üçün yalnız bir iş elanı olduğu halda, hazırda hər dörd iş axtaran üçün yalnız bir iş elanı var.

Avropalı mütəxəssislərin 37 faizi yaşayış böhranını aradan qaldırmaq üçün daha yüksək maaşlar axtardıqlarını desələr də, 19 faizi öz qabiliyyətlərinə daha çox əmin olduqlarını və karyeralarını yüksəltmək üçün daha yaxşı mövqe tapmaq istədiklərini bildiriblər.