11:52 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 3 milyon 857 min dollar dəyərində 22 min 390 ədəd kassa aparatları idxal edib.
ABC.AZ xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin hesabatında öz əksini tapıb.
Belə ki, idxal göstəriciləri məbləğ ifadəsində 6 milyon 485 min manat, yəni 2,6 dəfə, miqdar ifadəsi ilə 31 min 505 ədəd (2,4 dədə) azdır.
Ötən ilin eyni dövründə ölkəyə 10 milyon 342 min dollarlıq 53 min 895 ədəd kassa aparatı gətirilib.
Bu da o deməkdir ki, 1 ədəd kassa aparatının idxal qiyməti təxminən 172 dollar (293 manat), ötən ilin eyni dövründə 192 dollara (326 manat) başa gəlib. Kassa aparatının idxal qiyməti son bir ildə 20 dollar (33 manat), başqa sözlə 10,2% azalıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026