14:50 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Rusiya bazarına ixrac edilən məhsullar üçün müəyyən tələblər qoyulsa da, bəzi sahibkarlar bunu nəzərə almırlar.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdirinin müavini Nahid Əsədov Bakıda keçirilmiş beynəlxalq tədbirdə bildirib.
“Əvvəllər Rusiya ilə sərhəddə problemlər var idi, lakin hökumətin gördüyü işlər nəticəsində onlar qısa zamanda aradan qaldırıldı. Qonşu ölkənin tələbləri əsasında ixrac həyata keçirilir. Məhsullar qarşı tərəfdə saxlanılsa, bu, ixracatçıların fəaliyyətinə mənfi təsir göstərir. İxracda sərt tələblər olmadığı halda məhsulda yoxlamalar minimuma endirilir. Məsələn, Körfəz ölkələrində yerləşən ticarət evlərinə çatdırılma zamanı bəzi məhsullar üzrə yoxlamalar minimuma endirilib”, – deyə o qeyd edib.
13 Avqust 2026
13 Avqust 2026