Mərkəzi Bank “Sirab”-a cərimə yazdı

12:07 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Babəkdə yerləşən “Sirab” ASC-yə cərimə yazılıb.

ABC.AZ-ın məlumatına görə, şirkət barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Naxçıvan MR Babək Rayon Məhkəməsində hakim Zamiq Əliyevin sədrliyi ilə baxılacaq.