14:15 - 18.01.2024
18 yanvar, Fineko/abc.az. 2022-ci ilin noyabr ayında Çin öz orbital stansiyasının yerləşdirilməsini başa çatdırdı. Onun təchizatı üçün ildə iki dəfə ərzaq, sərf materialları və elmi eksperimentlər üçün dəstlərlə yüklü yük gəmisi göndərilir.
ABC.AZ xəbər verir ki, bu ilin ilk yük gəmisi dünən yerli vaxtla saat 22:27-də "Tiangong" stansiyasına göndərilib. Orbitə 5.6 ton yük çatdıraraq, ona dünyanın ən güclü kosmik yük gəmisi adını qazandırıb.