Ötən il telefon rabitəsi sahəsində 1 milyard 158,5 milyon manat gəlir əldə edilib

14:12 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,3 faiz artaraq 3 milyard 206,5 milyon manat təşkil edib ki, onun da 71,8 faizi əhali tərəfindən istehlak olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xidmətlərdən əldə edilən gəlirin 36,1 faizi və ya 1 milyard 158,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.