Qadınların pensiya yaşı azaldılacaq?

12:30 - 16.01.2024


16 yanvar, Fineko/abc.az. Qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir.

"Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur".