Azərbaycanın quşçuluq sektorunda ilk baş verib - Detallar

12:04 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. Azərbaycanın quşçuluq sektorunda ilk baş verib. Belə ki, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb.

Azərbaycan Quş Əti, Yumurta  İstehsalçıları və İxracatçıları Assosiasiyasından ABC.AZ-a daxil olan məlumata əsasən, “Giləzi Quşçuluq” ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir.

Son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır.

Bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.