12:28 - 11.01.2024
11 yanvar, Fineko/abc.az. Azərbaycandan ötən il 23.8 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 5.3% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, ixrac olunan qazın 11.8 mlrd. kubmetri Avropaya nəql olunub.
“Yanvar-dekabr aylarında qaz ixracı 5.3% artıb. Avropaya 11.8 mlrd. kubmetr, Türkiyəyə 9.5 mlrd. kubmetr, Gürcüstana isə 2.5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5.6 mlrd. kubmetr qaz nəql olunub”, – deyə paylaşımda qeyd olunur.
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026