10:19 - 11.01.2024
11 yanvar, Fineko/abc.az. İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin öz təşəbbüsü ilə kolbasa istehsalçısı olan “Halal Payım” MMC barəsində iş qaldırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə AİBNDX-dən bildirilib.
Kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırmalar zamanı müəyyən edilmiş qanunpozuntusu araşdırılacaq.
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar edilib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026