Astaraçay körpüsü Oman dənizinə çıxışı təmin edəcək

17:34 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. İran ilə Azərbaycan arasındakı Astaraçay üzərində salınan yeni körpü MDB və Şərqi Avropa ölkələrinin körfəzə və Oman dənizinə çıxışını təmin edəcək.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi Proqram və Büdcə Planlaşdırılması İdarəsində keçirilən iclasda deyib.

O bildirib ki, 138 kilometrlik Qəzvin-Rəşt avtomobil yolunda işlərin 95 faizi yerinə yetirilib:

“Yolun tamamlanması üçün qalan 8.2 kilometrlik məsafədə isə tikinti işləri davam edir. Bu yol İranın mərkəzi və cənub regionları ilə Azərbaycan və Rusiyanın regionları arasındakı ticarət əlaqələrini genişləndirəcək”.

Qəzvin-Rəşt avtomobil yolunu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsi kimi dəyərləndirən X.Xademi bildirib ki, yeni yol və həyata keçirilən tranzit yükdaşımalar İran ilə qonşuları arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq.