Neft bahalaşır: Brent-in bir bareli $102,48 təşkil edir

09:17 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Ötən sessiyanın yekunlarına görə qeydə alınan azalmadan sonra, cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri yüksəlir.

Saat 09:15-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin dekabr fyuçersi $2,28 (2,28%) bahalaşaraq bir bareli üçün $102,48 təşkil edib. 7 oktyabr ticarətinin yekunlarına əsasən, onun qiyməti $0,38 (0,38%) azalaraq bir bareli üçün $100,20 olub.

"NYMEX" birjasında "WTI" neftinin noyabr fyuçersinin qiyməti saat 09:15-ə qədər $1,72 (1,95%) artaraq bir bareli üçün $90,00 təşkil edib. 7 oktyabr ticarətinin yekunlarına əsasən, onun qiyməti $1,16 (1,30%) azalaraq bir bareli üçün $88,28 olub.