Azad edilmiş ərazilərdə bu qədər şəxsi məşğulluğu təmin edilib

16:38 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan 1293 min nəfər şəxsin adlı siyahısı üzrə təhlil aparılıb və məlum olub ki, 94.4 min nəfər – 73 faiz əmək qabiliyyətli şəxsin 19.2 faizi peşəsi olanlar, 76.3 min nəfəri isə ixtisassızdır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, köç etmiş 4 691 nəfərdən əmək qabiliyyətli olanlar 3 116 nəfər, iqtisadi fəal olanlar 1 934 nəfər, 0-14 yaşda olanlar 1 123 nəfər, 65 yaşdan yuxarı olanlar 452 nəfər, bütün təhsil pillələrinə malik ixtisaslıların sayı isə 977 nəfərdir. Məşğulluğu təmin edilən şəxslər 1 138 nəfərdir ki, bu da əmək qabiliyyətlilərin 36.5 faizidir.