16:13 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilir.
ABC.AZ xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində iş üzrə ilk baxış iclası keçirilib.
Proses prokurorun ittiham aktını elan etməsi ilə başlayıb. İttihamda deyilir ki, mərhum general F.Məmmədov iki nəfər şirkət rəsmisi – Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.
Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026