12:35 - 30.12.2023
30 dekabr, Fineko/abc.az. Taxıl İxracatçıları İttifaqı (RF) 2024-cü ildə Rusiyanın BRICS-ə sədrliyi çərçivəsində dünyanın iri taxıl istehsalçıları və istehlakçıları olan ölkələrin bu Birliyinin taxıl birjasının yaradılmasını təklif edib. Birlik bu təşəbbüslə Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşevin adına məktub göndərib.
ABC.AZ xəbər verir ki, məktubda qeyd olunur ki, BRICS ölkələri dünya taxıl istehsalı və istehlakının 40%-ni təşkil edir. Hər il BRICS üzvləri — Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika — 1 milyard tondan çox taxıl istehsal edir. Yeni üzv ölkələrin, xüsusən Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İran, Efiopiyanın BRICS-ə gözlənilən girişi nəzərə alınmaqla, BRICS-in qlobal taxıl bazarına təsiri daha da artacaq.