Manatın dövretmə sürəti azalıb - Hesabat

14:47 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Bu il dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,52 bənd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, noybrın 1-i ilə müqayisədə 0,10 bənd az (2,8%), ötən ilin dekabrın 1-nə nisbətən isə 1,01 bənd (22,3%) azdır.

Belə ki, bu ilin noyabrın 1-nə manatın dövretmə sürəti 3,62, ilin əvvəlində 4,02, keçən il dekabrın 1-nə 4,53 bənd təşkil edib.