“Aeroflot” “Səma kitabxanası” layihəsini təqdim etdi

11:23 - 27.12.2023


27 dekabr, Fineko/abc.az.  Rusiyanın “Aeroflot” aviadaşıyıcısı və Rusiya Dövlət Kitabxanasım “Səmada kitab oxuyuruq” adlı unikal layihəyə start verib. Aviaşirkətin sərnişinləri Rusiya Dövlət Kitabxanasının qızıl fondundan audiokitablara pulsuz giriş əldə edə, həmçinin “NEB Svet” elektron kitabxanasının geniş kolleksiyasından istifadə edə bilərlər.

ABC.AZ xəbər verir ki, layihə çərçivəsində hava səyahətçiləri bədii, uşaq, publisistik və populyar elmi ədəbiyyatın 4000-dən çox elektron və audiokitabına daxil olmaq üçün uçuşdan əvvəl "NEB Svet" tətbiqini yükləyə bilərlər.