Laçında daxili yollar üçün avtobus marşurutu müsabiqəyə çıxarılır

17:31 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) ABC.AZ-a verilən məlumata görə, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 12 və 60 nömrəli şəhərdaxili, 168 nömrəli şəhərətrafı, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Oğuz, Sumqayıt-Qusar şəhərlərarası, eləcə də Laçın şəhəri-Qarıkaha kəndi və Laçın şəhəri-Zerti kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.