“Nissan” şirkəti yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş X-Trail nümayiş etdi

16:01 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. “Nissan” şirkəti X-Trail Crawler prototipinin ilkin nümayişini keçirib. Avtomobili “Tokyo Auto Salon” sərgisi çərçivəsində rəsmi olaraq təqdim etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, krossoverin yenidən işlənmiş şassi sayəsində yolsuzluq imkanlarını xeyli artırılıb, ban da də modifikasiya olunub.

X-Trail banı orijinal çəhrayı və yaşıl rəngdədir. Rənglərin seçimi konsepsiyaya diqqət cəlb etmək istəyi ilə bağlıdır. Adındakı “Crawler” sözü, krossoverin əsasən ərazinin daşlı hissələrini aşmaq üçün hazırlandığını göstərir.