Azərbaycanda yaradılan dərman zavodunun bu qədər nizamnamə kapitalı var

15:11 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı müəssisəsi “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin kapitalı və rəhbərliyi açıqlanıb.

ABC.AZ xəbər verir ki, şirkətin Müşahidə Şurasının üzvləri Türkiyə Respublikası vətəndaşları olan Gülmüş Abidin, Hüseynov Samir Asif oğlu, Türkmen Şükrü və Ülvi Mansurov Eldar oğludur (AİŞ-in sədri). Şirkətin direktoru isə Gurleyen Ali Ertandır.

Şirkətin nizamnamə kapitalı 5 100 000 manatdır.