Qazaxıstan Çinə yeni dəmir yolu çəkir: yük dövriyyəsi daha 20 milyon ton artacaq

12:28 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Qazaxıstanın Abay vilayətində 272 km uzunluğunda yeni Baxtı – Ayaqoz dəmir yolu xəttinin inşasına başlanılıb.

ABC.AZ xəbər verir ki, layihə dövlət başçısı Kasım-Jomart Tokayevin Qazaxıstanın nəqliyyat-tranzit potensialının artırılması ilə bağlı tapşırığının icrası çərçivəsində həyata keçirilir. Yeni xəttin inşası zamanı Çinlə Baxtı – Çuquçak üçüncü sərhəd keçidinin açılması planlaşdırılır.