11:13 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilib.
ABC.AZ xəbər verir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.
İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil edib.
Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır.
Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir.
Noyabrda deflyasiya müşahidə olunmuş, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalıb.
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026