10:09 - 18.12.2023
18 dekabr, Fineko/abc.az. Apple-ın artan dəyəri qlobal maliyyə ictimaiyyətini təəccübləndirməyə davam edir. Səhmləri çərşənbə günü ən yüksək səviyyədə bağlandıqdan sonra, iPhone istehsalçısının bazar kapitallaşması, Avropa Birliyinin (AB) ən böyük bazarlarından biri olan Fransa birjasının ümumi bazar dəyərinə yaxınlaşdı.
ABC.AZ xəbər verir ki, Parisdəki şirkətlərin ümumi bazar dəyəri çərşənbə günü ticarətin bağlanması zamanı 3,2 trilyon dollara, Apple-ın bazar dəyəri isə 3,1 trilyon dollara çatdı.
Bununla da Apple, dünyanın altı ən böyük fond bazarından sonra ən iri şirkət hesab edilir.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026