Azad olunmuş ərazilərdə pay torpağı kənd sakinlərinə nə vaxt veriləcək?

14:41 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərdə toplam əkinə yararlı torpaqların həcmi 160 min hektara yaxındır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, bu kosmosdan aparılan çəkilişlərə əsasən müəyyən edilib. Əkin aparılacaq sahələrin həcmi isə iqlim, torpağın münbitliyi və digər amillərdən asılı olacaq.

“İslahat qərarları konsepsiyası hazırlandıqdan sonra həmin ərazilərdə pay torpaqlarının verilməsinə başlanacaq”- nazir əlavə edib.