“Tesla”dan yeni elektrikli avtomobilin üstünlükləri açıqlandı

10:00 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. Cybertruck və Lamborghini Urus arasında dinamika göstəricilərini yoxlamaq üçün yarışma keçirilib. Nəticələr təsirli olub.

ABC.AZ xəbər verir ki, dörddə bir mil məsafədə Tesla Cybertruck Lamborghini Urus'u məğlub etdi və bütün yürüşlərdə finiş xəttinə birinci gəlib. Cybertruck-in məsafəni qət etdiyi vaxt 11,2 saniyə olub, Urus isə 1,1 saniyə geridə qalıb.

Bu bir daha göstərir ki, elektrikli avtomobillər həm ekoloji cəhətdən təmiz hesab edilir, həm də təsirli dinamikaya malikdir.