11:08 - 18.07.2018
18 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,45 (0,61%) dollar düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,79 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 17 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (16 iyul – 68,06 dollar) 0,02 dollar qalxaraq bir barelə 68,08 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 17 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (16 iyul – 71,84 dollar) 0,32 dollar yüksələrək bir barelə 72,16 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 17 iyul tarixli ticarətin nəticəsində 4,08 dollar / barelə təşkil edir.