14:55 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. “Abrau-Durso” şirkəti “Şəki Şərab” zavoduna 7 milyon avrodan çox sərmayə yatırıb. Bunu zavodun direktoru Ernest Minqazov deyib.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, “İnvestisiya qoyuluşu çərçivəsində avadanlıqlar təkmilləşdirilib, üzüm bağları üçün torpaq sahələri alınıb. Bu gün müəssisəyə investisiya qoyuluşu 7 milyon avronu ötüb”, - deyə E.Minqazov bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna müəssisədə istehsal həcmi 2,5 milyon ədəd şüşə təşkil edəcək, 2024-cü ildə istehsalın 3,5 milyon ədəd şüşəyə qədər artırılması (artım 40% - İF) planlaşdırılır.
E.Minqazov, həmçinin məlumat verib ki, 2023-cü ildə 2 milyon ədəd şüşə şərab ixrac edilib ki, bu da ümumi istehsalın 80%-ni təşkil edib.
“Bu gün əsas ixrac bazarı Rusiyadır. Bununla yanaşı, şirkətimiz Belarus və Qazaxıstana da şərab ixrac edir. Hazırda biz məhsullarımızın Çinə və Cənubi Koreyaya ixracı ilə bağlı danışıqlar aparırıq”, - deyə zavodun direktoru qeyd edib.
Onun sözlərinə görə, şirkət Qarabağ iqtisadi rayonunda, o cümlədən Füzulidə üzüm bağları üçün torpaq sahələri alıb və burada “Mədrəsə” və “Rkatsiteli” üzüm növləri yetişdirilir.
“Bunun sayəsində Azərbaycanda “Ağdam” portveynini istehsal etmək hüququnu ilk olaraq biz əldə etmişik”, - deyə E.Minqazov bildirib.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026