12:29 - 27.11.2023
27 noyabr, Fineko/abc.az. Azad edilmiş ərazilərdə kəndlərin kompaktlaşdırılması nəzərdə tutulub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin iclasında komitənin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, həmin kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi də gözlənilir:
“Amma kəndlər kompaktlaşdırılaraq, onlara böyük məktəblər, xəstəxanalar tikilməsi nəzərdə tutulur”.
Komitə sədri diqqətə çatdırıb ki, azad edilən ərazilərdə bərpa quruculuq işləri bu gün də sürətlə davam edir: “2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq”.
Komitə sədri Ağdərə rayonun ləğv edilməsi ilə bağlı tarixə nəzər salıb və qeyd edib ki, Ağdərənin işğaldan azad edilməsi xalq və dövlət olaraq növbəti uğurumuzdur: “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir”.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026