Azərbaycanda BOKT-a məxsus binalar satışa çıxarılır

16:33 - 24.11.2023


24 noyabr, Fineko/abc.az. 25 dekabr 2023-cü il tarixində saat 11:00-da hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.