15:49 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. Amerikalı milyarder və investor Uorren Baffet 866 milyon dollar dəyərində olan səhmlərini bağışlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, milyarder sözügedən vəsaiti ailə üzvlərinin idarə etdiyi dörd xeyriyyə təşkilatına bağışlayıb.
U.Buffett 1,6 min ədəd A sinifli səhmi 2,4 milyon B sinif səhmə çevirib. Bundan sonra o, 1,5 milyon səhmini həyat yoldaşının adına olan “Susan Thompson Buffett Fondu”na, 300 min səhmi isə “Sherwood Foundation”, “Howard G. Buffett Foundation” və “NoVo Foundation”a köçürüb.
Bu, iş adamının ilk xeyriyyəçilik fəaliyyəti deyil. Belə ki, 2006-cı ildən bəri iş adamı hər il “Berkshire” səhmləri şəklində xeyriyyəçilik üçün böyük məbləğdə vəsait bağışlayır. O, əvvəllər sərvətinin 99%-ni başqasına verəcəyini vəd etmişdi.