17:31 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. 2023-cü il dekabr ayının 24-də saat 14-00-da “Göyçay-çörək” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. ABC.AZ xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin ləğv olunması.
2.Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
3. Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Ünvan Göyçay rayonu, Göyçay şəhəri, Natəvan küçəsi 4-dür. (inzibatı bina)
Qeyd edək ki, bu şirkət 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 484 466.80 AZN-dir və qanuni təmsilçisi Münasib Ağayevdir.
8 Avqust 2026
8 Avqust 2026