Doqquz ayda 60,9 min yeni iş yerləri açılıb - Hesabat

10:48 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. 2023-cü ilin doqquz ayı ərzində ölkədə 60,9 min yeni iş yerləri açılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, illik müqayisədə yeni iş yerlərinin sayı 9,1 minə yaxın (17,6%) artıb.

Keçən ilin müvafiq dövründə bu rəqəm 51,8 min idi. Bu dövrdə yaradılmış iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 80,4 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.