15:35 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. “Baku Carsharing Company” MMC-nin direktoru, startapçı Əhməd İbrahimov avtomobillərin icarəsi üçün yeni proqram təminatı yaradıb.
ABC.AZ xəbər verir ki, sözügedən layihə üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilib. Layihə elektrikli avtomobillərin mobil tətbiq üzərindən dəqiqəlik və saatlıq icarəsinə imkan yaradır.
Ə.İbrahimovun sözlərinə görə, “Kite” mobil tətbiqi istifadəçilərin elektrikli nəqliyyat vasitələrinə marağını artırmaq üçün rahat, davamlı və sərfəli həll yolu təklif etməklə şəhər hərəkətliliyində yenilik tətbiq edir.
Nəticədə insanlar sadəcə lazım olduğu zaman avtomobildən istifadə edərək tıxacların azalmasına və park yerlərinin daha effektiv tənzimləməsinə töhfə verirlər.
MMC direktoru bildirib ki, növbəti ilin ilk aylarından fəaliyyətə başlaması nəzərdə tutulan layihəyə artıq investorlar tərəfindən böyük maraq göstərilir:
“Hazırda layihəyə investisiya qoymaq istəyən bir neçə fiziki şəxs var, lakin indiki mərhələdə biz bütün prosesləri öz hesabımıza yerinə yetirməyi planlaşdırırıq. Gələcəkdə böyümək və qloballaşmaq üçün investorlarla çalışmaq fikrimiz var”.
13 Avqust 2026
13 Avqust 2026