17:30 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi gəmi satışa çıxarıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, satış hərrac vasitəsi ilə 21 dekabrda baş tutacaq.
“Azərbaycan Rrespublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi”nə məxsus “B-98” layihəli “Vixr” tipli gəmi 1.8 milyon manata satışa çıxarılacaq.
Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1708)
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026