Avropada elektrikli avtomobillərin satışı zəifləyib

15:30 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. İllərdir davam edən sürətli artımdan sonra Avropada elektrikli avtomobil satışları zəifləməyə başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avropada 2023-cü ilin ilk doqquz ayında elektrikli avtomobil satışları 47 faiz artıb.

Özü də bu artım istehlakçıların iki-üç ildən sonra daha yaxşı, daha ucuz modelləri gözlədiyi bir vaxtda baş verib.

Lakin bu artım “Tesla”, “Volkswagen” və “Mercedes-Benz” kimi avtomobil istehsalçılarının gözləntilərini doğrultmadı. İstehsalçılar yüksək faiz dərəcələrinin və durğun bazarın təsiri ilə müştərilərin satış qərarlarını təxirə saldıqları barədə xəbərdarlıq ediblər.