15:50 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. ABŞ və Çin arasında yüksək texnologiyalar sahəsində gərginlik davam etdikcə, sanksiyalar da genişlənir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə arasındakı gərginliyi daha da alovlandıran növbəti proses “Micron”a qarşı patent iddiasının qaldırılması olub.
“Micron” və “Micron Consumer Products Group”a qarşı noyabrın 9-da Kaliforniyanın Şimal Bölgəsi üzrə ABŞ Dairə Məhkəməsində iddia qaldırılıb.
İddiaya görə, “Micron”, YMTC-nin rəqabətinin qarşısını alaraq daha böyük bazar payı qazanmaq və qazandığı payı əlində saxlamaq üçün YMTC-nin patentləşdirilmiş texnologiyalarından istifadə edib.
“Micron”un patentləşdirilmiş ixtiralardan istifadə üçün heç bir ödəniş etmədiyi bildirilib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026