11:55 - 7.11.2023
7 noyabr, Fineko/abc.az. Dünyanın ən böyük logistika operatorlarından biri olan DHL, Rusiyada xidmətlərinin qiymətini orta hesabla 35% artırıb. Məlumata görə, çatdırılma, əlavə xidmətlər və rüsumlar, eləcə də gömrük bəyannaməsi xidmətləri üzrə də tariflərdə dəyişiklik olub.
ABC.AZ xəbər verir ki, DHL-in baş ofisi Almaniyada yerləşir. Qlobal şirkətin əsas işi sənədlərin və yüklərin “qapıdan-qapıya” sürətli çatdırılmasıdır.
DHL-in qlobal TDI seqmentindəki payı 43% təşkil edir, əsas rəqibləri isə Amerikanın FeDex (30%) və UPS (20%) şirkətidir.
DHL, göstərilən xidmətlərin həcmini azaltsa da, Rusiya bazarında fəaliyyətini davam etdirir: 2022-ci il sentyabrın 1-dən şirkət yalnız xaricə daşımaları saxlamaqla Rusiya daxilində bağlamaların çatdırılmasını dayandırıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026