17:35 - 3.11.2023
3 noyabr, Fineko/abc.az. Azərbaycanda şəxsi sığortası üzrə cəmi ödənişlər azalıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 55 milyon 970 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 371 min manat və ya 0,7% azdır.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 56 milyon 341 min manat təşkil edib.