17:16 - 31.10.2023
31 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında "Azərbaycan Hava Yolları" QSC 16,8 milyon dollar dəyərində məhsul ixrac edib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalında qeyd edilib. Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 7-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10,7 milyon dollar və ya 2,8 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində "Azərbaycan Hava Yolları" QSC 6,1 milyon dollar dəyərində məhsul ixrac edib.
13 Avqust 2026
13 Avqust 2026