Metronun "Dərnəgül" elektrik deposunda hansı tikinti işləri aparılacaq?

15:35 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Bakı metrosunun "Dərnəgül" elektrik deposunun tikintisinin, eyni zamanda depoda avadanlıqların təchizatı və quraşdırılması işlərinin 2028-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.

"Bakı Metropoliteni" QSC-dəki mənbədən məlumat əldə edib.

Bu çərçivədə təxminən 165 kvadrat metr sahədə tikinti ərazisinin hazırlanması və torpaq işlərinin aparılması, ümumi qapalı sahəsi təxminən 19 500 kvadratmetr olan emalatxana, texniki xidmət, əsaslı təmir, inzibati və yardımçı binaların tikintisi, depodaxili dəmir yolu xətlərinin, yol dəyişdiricilərinin və texniki baxış qurğularının quraşdırılması, dartı elektrik yarımstansiyasının və elektromexaniki sistemlərin qurulması, mexaniki, elektrik, su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması, bunlarla əlaqəli bütün mülki tikinti və infrastruktur işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.