AZAL-ın rəhbərliyi bir ildə 441 min manat mükafat alıb

17:25 - 30.10.2023


30 oktyabr, Fineko/abc.az. «Azərbaycan Hava Yolları» (AZAL) şirkətinin rəhbər menecmenti 2022-ci ilin nəticələrinə görə, yarım milyon manata yaxın bonus – mükafat alıb. 

ABC.AZ xəbər verir ki, sözügedən məsələ AZAL-ın illik hesabatında öz əksini tapıb.

Hesabatdan məlum olub ki, şirkətin rəhbər heyətinə 2022-ci ildəki fəaliyyətə görə 441 min manat mükafat ödənilib.

Ötən il bu məbləğ daha az idi – 286 min manat.

Xatırladaq ki, 2022-ci ildə AZAL son illər ərzində ilk dəfə olaraq mənfəətə çıxıb. Şirkət ili 110 milyon manat xalis mənfəətlə tamamlayıb. 2021-ci ildə isə şirkət 67 milyon manat zərər etmişdi.