11:45 - 30.10.2023
30 oktyabr, Fineko/abc.az. Cari 2023-cü maliyyə ilinin birinci yarısında (1 apreldə başlayıb) “Toyota Motor” konserni 5.58 milyon avtomobil (+12.8%) istehsal edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu da qeyd olunan müddət ərzində brend üçün rekord göstərici olub.
Avtomobillərin böyük əksəriyyəti (4.2 milyondan çox) yanvar-iyun ayları arasında Yaponiyadan kənarda satılıb. “Toyota” bu il ilk dəfə olaraq dünya üzrə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır.
Yapon şirkəti hazırda pandemiya zamanı qeydə alınan azalmadan sonra həcmləri artırır.
Konserndə həmçinin “Kayoibako” konsepti – işgüzar səfərlərdən tutmuş açıq hava səfərlərinə qədər ən geniş ehtiyacları ödəyə bilən avtomobil nümayiş etdirilib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026