11:28 - 27.10.2023
27 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 373 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
ABC.AZ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8 % çoxdur. 2023-cü ilin 9 ayı üzrə göstəricinin 58 314-ü (15,6 %) ilkin, 315 333-ü (84,4 %) isə təkrar qeydiyyatın payına düşür.
Bu ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40 205-i fərdi yaşayış və bağ evi, 72 566-sı mənzil, 252 405-i torpaq sahəsi, 2 374-ü qeyri-yaşayış binası, 5 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76 359-u Bakının, qalanı isə bölgələrin payına düşür.
Bu ilin yanvar-sentyabr ayları ərzində 300 179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 % çoxdur. 2023-cü ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6 % artaraq 61 393 təşkil edib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026