“Honda” yeni elektrikli idman avtomobilini təqdim edib - FOTO

16:45 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. “Honda” yeni elektrikli idman avtomobili olan “Prelude” modelini təqdim edib.

ABC.AZ xəbər verir ki, yeni elektrikli avtomobil iki qapılı kupe üslubundadır. Yuvarlaq cizgiləri ilə olduqca dinamik görünüşə malik olan elektrikli “Honda”nın yeni “Prelude” modeli yaxın zamanlarda satışa çıxacaq.

Yeni “Prelude” konseptinə ön tərəfdən baxdıqda görürük ki, nazik LED fənərlər çıxıntılı burun boyunca uzanan LED zolağı ilə birləşdirilib.

Bamperin aşağı hissəsində çox böyük və sadə mərkəzi hava girişi var.