“Motorola” biləyə taxıla bilən telefon təqdim edib - FOTO

16:35 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. “Motorola” biləyə taxıla bilən, eyni zamanda əyilən mobil telefon təqdim edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeni məhsul “Lenovo”nun konfransında nümayiş olunub.

Məlumata görə, smartfonun 6.9 düymlük ekranı müxtəlif bucaq altında əyilə bilər. Dayanma rejimində smartfon stolüstü saata çevrilir və ekranı artıq 4.6 düym olur.

Saat rejimində telefonu birbaşa biləyə taxmaq olar, lakin onun əldə nə dərəcədə komfort olduğu hələ məlum deyil.

“Motorola” həmçinin istifadəçilərə telefona öz şəxsi üslublarını əlavə etməyə imkan verən generativ AI modelini inkişaf etdirdiyini açıqlayıb.