10:53 - 25.10.2023
25 oktyabr, Fineko/abc.az. “Instagram” sosial şəbəkəsi yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən funksiya birmənalı qarşılanmasa da, şirkət tətbiqini təxirə salmayıb.
Belə ki, bundan sonra yalnız verifikasiyadan keçmiş və mavi işarə almış istifadəçilərin postları lentdə dərc olunacaq.
Xatırladaq ki, mavi işarə almaq üçün siz “Meta Verified” xidmətinə abunə olmalısınız. Abunəlik veb üçün ayda 11.99 dollar, mobil proqram üçün isə ayda 14.99 dollar təşkil edir.
Qeyd edək ki, iyun ayında “Meta” bütün dünyada “Instagram” kanallarını istifadəyə verib.
5 Avqust 2026
5 Avqust 2026