“Apple”in növbəti təqdimatı bu tarixdə olacaq

10:12 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. “Apple” 30 oktyabr 2023-cü ildə keçiriləcək tədbirə jurnalistlərə dəvət göndərməyə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə CNBC məlumat yayıb. Qeyd edilib ki, bu, çox güman ki, “ənənəvi təqdimat olmayacaq”.

Artıq keçiriləcək tədbirə simvolik ad da verilib. Belə ki, təqdimat “Scary Fast” adlandırılacaq. Tədbir oktyabrın 31-i Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

“Bloomberg” jurnalisti Mark Qurman bildirib ki, şirkət bu tədbirdə 24 düymlük iMac, o cümlədən 14 və 16 düymlük MacBook Pro-ları təqdim edə bilər.