17:25 - 24.10.2023
24 oktyabr, Fineko/abc.az. 2028-ci ildən ölkə ərazisində FM analoq radio yayımının mərhələlərlə dayandırılmasına başlanılacaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planının hədəf göstəricilərinə əsasən, 2027-ci ildə ölkə ərazisinin 99.6 faizi rəqəmsal radio yayımı ilə əhatə olunacaq.
Tədbirlər Planında nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində 2026-cı ilədək rəqəmsal radio yayımına keçidlə əlaqədar tələb olunan normativ hüquqi aktlar formalaşdırılacaq. Eyni zamanda 2026-cı ilədək respublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 faizi DAB+ rəqəmsal radio yayımı ilə əhatə olunacaq.
Məqsəd tezlik resurslarından səmərəli istifadə edilməsi, ölkə ərazisində müasir radio yayımının tətbiqi nəticəsində əhalinin daha keyfiyyətli radio yayımları və yeni növ informasiya xidmətləri ilə təmin olunması və efir məkanının təhlükəsizliyinin gücləndirilməsidir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026