Almaniyada şirkətlərin kredit götürməsi çətinləşib

15:03 - 24.10.2023


24 oktyabr, Fineko/abc.az. Alman şirkətləri yüksək uçot dərəcələri və iqtisadi artımın yavaşlaması səbəbindən yeni kreditlər tapmaqda çətinlik çəkirlər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu “Alman İqtisadi Tədqiqatlar İnstitutu”ndan bildiriblər.

Qeyd edilib ki, məlumat toplama metodunun dəyişdirildiyi 2017-ci ildən bəri şirkətlərin kreditlərlə bağlı şikayətlər 30% artaraq 2022-ci ilin dekabrında ən yüksək səviyyəyə qalxıb.

Xidmət sektorunda kredit axtaran şirkətlərin 31,5%-i bankların kredit vermək istəmədiyini bildirib.

Sənaye şirkətlərində bu nisbət 20,7%-dən 27,7%-ə yüksəlib.